Modern.az

Qəbul imtahanlarına Vətən müharibəsi mövzusu da daxil edilib

Qəbul imtahanlarına Vətən müharibəsi mövzusu da daxil edilib

Aktual

29 Yanvar 2021, 11:36

“Tarix fənni üzrə qəbul imtahanları proqramına Qarabağ uğrunda aparılan Vətən müharibəsi  mövzusu daxil edilib”.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin bu gün keçirilən brifinqində qurumun sədri Məleykə Abbaszadə bildirib:  


Qəbul imtahanları üçün proqramlar və tapşırıq nümunələri “Abituriyent” jurnalının birinci sayında dərc olunur. Bu proqramlarda da bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib. Bu mövzu hələlik dərsliklərə daxil edilməyib. Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır