Modern.az

Bu il qəbul imtahanlarına gələnlər peyvənd olunmalıdır? - AÇIQLAMA

Bu il qəbul imtahanlarına gələnlər peyvənd olunmalıdır? - AÇIQLAMA

29 Yanvar 2021, 11:59

“İmtahanda iştirak edəcək şəxslərdən vaksin vurdurmaq tələb olunmayacaq”.

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat səsləndirib.

DİM sədri bildirib ki, imtahana gələn hər bir şəxsin hərarəti ölçüləcək:

“İmtahanda iştirak edəcək şəxslərdən isə vaksin vurdurmaq tələb olunmayacaq. Ötən il olduğu kimi, bu il də imtahan iştirakçıları və abituriyentlərdən sağlamlıq haqqında bəyannamə tələb ediləcək. Burada həmin şəxs hazırda COVİD-19-a yoluxub-yoluxmadığı haqqında məlumat verəcək”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır