Modern.az

Azərbaycanda əmək kitabçaları YIĞIŞDIRILIR

Azərbaycanda əmək kitabçaları YIĞIŞDIRILIR

Ölkə

29 Yanvar 2021, 12:10

2020-ci ildə biz əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başladıq. Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, həm məşğulluq siyasətinin, həm də kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına gətirib çıxaracaq.

 

Modern.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.

 

Agentlik sədrinin sözlərinə görə, bu sistem mərhələli şəkildə kağız əmək müqavilələrini ləğv etməyə, əmək kitabçalarının dövriyyədən çıxarılmasına imkan verəcək:

 

“Bundan əlavə ezamiyyə vərəqələrini, kağız üzərində əmrləri, ştat cədvəllərini, digər kağız daşıyıcılarını ləğv edərək elektron müstəviyə keçməyi nəzərdə tuturuq”.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır