Modern.az

Kəlbəcərdə xidmət edən hərbçimiz şəhid oldu - FOTO

Kəlbəcərdə xidmət edən hərbçimiz şəhid oldu - FOTO

Hadisə

29 Yanvar 2021, 15:14

Azərbaycan Ordusunun Kəlbəcərdə xidmət edən hərbçisi  şəhid olub.

Modern.az xəbər verir ki, yaxınları hərbçinin qar uçqununa düşərək, həlak olduğunu bildiriblər.

Şəhidimiz Qazax rayonunun Ağköynək kəndindən olan, müddətdən artıq hərbi keçən Elxan Əkbər oğlu Qaragözovdur.

Qazax Rayon İcra Hakimiyyətinin Ağköynək icra nümayəndəliyi Modern.az-a Elxan Qaragözovun şəhid olması xəbərini təsdiq edib. Lakin hərbçinin hansı səbəbdən şəhid olduğu barədə məlumat verməyib. 

Elxan Qaragözov bu gün Ağköynək kəndində torpağa taşırılıb. Ailəlidir, 7 aylıq bir qız övladı var.

Allah rəhmət eləsin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə