Modern.az

Nazirlik Qarabağdakı həssas məsələlər üçün xüsusi sektor yaradıb

Nazirlik Qarabağdakı həssas məsələlər üçün xüsusi sektor yaradıb

29 Yanvar 2021, 15:39

“Qarabağda həssas məsələlərin öyrənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində xüsusi sektor yaradılıb”.

Modern.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib:

“Qubadlıda və Zəngilanda tut tingləri əkilib. Ora köçən adamlar baramaçılığın inkişafı üçün ondan istifadə edə biləcəklər. Mənfur düşmənlər yaşadıqları evləri belə yandırıb gediblər. Təsəvvür edin ki, həyətlərdəki ağaclar belə kəsilib, məhv edilib”.


Nazir müavini onu da vurğulayıb ki, dəymiş ziyanın qiymətləndirilməsinə beynəlxalq ekspertlərin də cəlb olunması nəzərdə tutulur:


"Hazırda 3 yasaqlıqda dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı işlər gedir".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır