Modern.az

Ermənilər Qarabağdakı termal suların quyular şəbəkəsini DAĞIDIB

Ermənilər Qarabağdakı termal suların quyular şəbəkəsini DAĞIDIB

29 Yanvar 2021, 16:31

"Azərbaycanın su ehtiyatlarının 30 faizindən çoxu işğaldan azad olunmuş ərazilərdə formalaşır". 

Modern.az xəbər verir ki, bu barədə işğaldan azad olunmuş ərazilərdə ekoloji durum, görülmüş və görüləcək işlərlə bağlı mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov danışıb. Nazir müavini vurğulayıb ki, həmin ərazilərdə 10 böyük çay mövcuddur:

“Araz çayının da bir hissəsi bu ərazilərdən keçir. Ümumilikdə, Xaçınçay, Araz, Tərtər çayı, Qarqar çayı öz başlanğıcını Ermənistandan götürür. Bu çaylar barədə aparılan araşdırmaların nəticələri isə yaxşı deyil. Suların tərkibində həyat üçün təhlükəli olan elementlərin miqdarı normadan çoxdur".

Brifinqdə çıxış edən nazirliyin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev isə Kəlbəcər ərazisindəki Tutqun çayının məhv edilməsinə toxunub:   

“Erməni vandalları işğal zamanı ərazilərimizdəki istehsal sənaye və kurort şəbəkəsini də məhv edib. Xüsusilə, Tutqun çayı ərazisində termal suların mövcud quyular şəbəkəsi dağıdılıb”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir