Modern.az

Kəlbəcərin Ömər aşırımında 2 hərbçimiz HƏLAK OLDU

Kəlbəcərin Ömər aşırımında 2 hərbçimiz HƏLAK OLDU

29 Yanvar 2021, 17:23

Azərbaycan Ordusunun Kəlbəcərdə xidmət edən iki hərbçisi şəhid olub. 


Məlumata görə, hərbçilərin həlak olmasına səbəb qarlı hava nəticəsində hərbi avtomobilin qəzaya uğramasıdır. 


Şəhidlərdən biri Qazax rayonunun Ağköynək kəndindən olan, müddətdən artıq hərbi qulluqçu Elxan Qaragözovdur.

Qazax Rayon İcra Hakimiyyətinin Ağköynək kəndi üzrə İcra nümayəndəliyi Modern.az-a Elxan Qaragözovun şəhid olması xəbərini təsdiq edib.

 Elxan Qaragözov bu gün Ağköynək kəndində torpağa taşırılıb. O, ailəlidir, 7 aylıq bir qız övladı var.


Şəhid olan digər hərbçimiz isə Ağstafa rayon sakini Ramiz Mustafayevdir.

Ağstafa rayon İcra Hakimiyyətindən saytımıza faktı təsdiqləyiblər. Qurumdan bildirilib ki, Ramiz Mustafayev bu gün Ağstafa Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 Müdafiə Nazirliyindən faktı təsdiqləyiblər.

Allah rəhmət eləsin!

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır