Modern.az

“Nyu-York Tayms”a yeni direktor təyin edilib

“Nyu-York Tayms”a yeni direktor təyin edilib

15 Avqust 2012, 12:24

Eyni adlı qəzet və daha bir neçə nəşrin sahibi olan Amerikanın “New York Times” şirkətinin rəsmi saytında bəyanat yayılıb. Modern.az xəbər verir ki, bəyanatda “New York Times” şirkətinin yeni prezidenti və direktorunun BBC Britaniya Teleradio Koorporasiyasının başçısı Mark Tompson olduğu qeyd edilir. Topmson öz vəzifəsinin icrasına noyabrda başlayacaq.

  “İdarə heyəti belə qərara gəldi ki, Markın BBC-də əldə etdiyi təcrübə və nailiyyət bizim birinci növbədə biznesi rəqəmsal yöndə genişləndirdiyimiz zamanda onun şirkətə rəhbərlik etməsi üçün ideal namizəd edib”.

Bu barədə “New York Times” Şirkətinin başçısı Artur Sultsberqer deyib. Tompson eyni zamanda idarə heyətinin tərkibində də olacaq.   Assoşeyted Press Agentliyinin məlumatına görə, son vaxtlar şirkət “New York Times” qəzetinin satışında gəlirin azalması ilə üzləşib və biznesi internet materiallarının köməyi ilə stimullaşdırmağa çalışır.  

Keçən il şirkət “New York Times” və “Boston Globe” qəzetlərinin elektron versiyasını ödənişli etmişdi. Martda isə Topmson bildirmişdi ki, cari ilin sonuna qədər BBC-dəki vəzifəsindən getmək niyyətindədir. O şirkəti 2004-cü ilin mayından idarə edir.  

Aytən Əliyeva
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi