Modern.az

Navalnı azadlıqdan məhrum edildi

Navalnı azadlıqdan məhrum edildi

Dünya

2 Fevral 2021, 21:42

Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib.

 

Modern.az xəbər verir ki, Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib  o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bundan əvvəl, Aleksey Navalnı şərti olaraq 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Aleksey Navalnının qardaşı Oleq Navalnı da 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

 

Navalnı qardaşları 2008-ci ildən 2013-cü ilə qədər fırıldaqçılıq yolu ilə “İv Roşe Vostok” şirkətinin 26,7 milyon məbləğində pulunu, eləcə də “Mnoqoprofilnaya proesesinqovaya kompaniya” firmasının 4,4 milyon rubl məbləğində pulunu qarət etməkdə ittiham edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə