Modern.az

Şahin Mustafayev ermənistanlı həmkarı ilə bu ay GÖRÜŞƏCƏK

Şahin Mustafayev ermənistanlı həmkarı ilə bu ay GÖRÜŞƏCƏK

Dünya

3 Fevral 2021, 16:03

Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri fevralda yenidən görüşəcəklər.

 

Modern.az xəbər verir ki, Üçtərəfli Komissiya çərçivəsində Şahin Mustafayev, Mqer Qriqoryan və Aleksey Ocerçuk ilk dəfə yanvarın 30-da görüşmüşdülər.

Həmin görüş zamanı 2 ekspert yarımqruplarının yaradılması barədə razılıq əldə edilmişdi. Birinci altqrupa İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi, ikinci yarımqrupa isə yenə də XİN, DTX, ərzaq təhlükəsizliyi və inspeksiya orqanları daxil edilib.

 

Görüşdə Cənubi Qafqazda dəmir yolu və avtomobil yolları kommunikasiyalarının tam açılması müzakirə olunacaq.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mehdiyevin Rusiyaya zəngləri: DTX yeni gizlinləri üzə çıxardı - Xəbəriniz Var?