Modern.az

İlqar Fərzəliyev parlamentin fəxri medalı ilə təltif olunub

İlqar Fərzəliyev parlamentin fəxri medalı ilə təltif olunub

4 Fevral 2021, 12:59

Milli Məclis Aparatında kadr dəyişikliyi olub. Parlament Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İlqar Fərzəliyev yaşı ilə əlaqədar təqaüdə göndərilib.


Modern.az
-ın məlumatına görə, İlqar Fərzəliyev təqaüdə yola salınmazdan öncə parlamentin fəxri medalı ilə təltif edilib.


İlqar İslam oğlu Fərzəliyev 19 yanvar 1956-cı ildə anadan olub. İxtisasca Filoloq-şərqşünas olan İ.Fərzəliyev 2-ci dərəcə dövlət müşaviri kimi müxtəlif dövlət qurumlarında çalışıb.

O, dövlət qurumlarında çalışdığı müddətdə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə də təltif olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi