Modern.az

Bakı Sağlamlıq Mərkəzi Rəmişin vəziyyəti ilə bağlı məlumat yaydı

Bakı Sağlamlıq Mərkəzi Rəmişin vəziyyəti ilə bağlı məlumat yaydı

Mədəni̇yyət

4 Fevral 2021, 15:27

Azərbaycanın xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmişin) səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemler yaranıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə Bakı Sağlamlıq Mərkəzi məlumat yayıb.

 

Mərkəzin məlumatına görə, o, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib:

“Rafiq Hüseynov mərkəzimizə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub. Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşmışma müşahidə olunub.

 

Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!