Modern.az

Məşhur “Raykom katibi” Sadıq Murtuzayev vəfat edib

Məşhur “Raykom katibi” Sadıq Murtuzayev vəfat edib

Allah rəhmət eləsi̇n

4 Fevral 2021, 16:48

Vaxtilə Şəki, Abşeron və Ağdam rayonlarında Partiya komitələrinin birinci katibi vəzifəsində işləmiş Sadıq Murtuzayev vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə ağdamlı jurnalist, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili sosial şəbəkədə məlumat yayıb.

“Azərbaycanın dəyərli şəxsiyyətlərindən biri, Qarabağsevər, vətənsevər Sadıq Murtuzayev haqq dünyasına qovuşdu. Onunla təxminən bir həftə əvvəl danışmışdım. “Ən böyük arzum Ağdamı, Şuşanı görməkdir! Var gücümü bu arzuya səfərbər etmişəm", demişdi. Nə yaxşı ki, bu arzusuna Ağdamı, Şuşanı azad eşidərək çatdı!”, – deyə Asif Mərzili qeyd edib.

S.Murtuzayev 1927-ci ildə anadan olub.

Azərbaycan Kəndli-Fermer Təsərrüfatları İstehsalat Birliyinin sədri, filologiya elmləri namizədi idi. 

O, respublikada heyvandarlığın, bağçılığın sənaye əsaslarına keçirilməsinin təşəbbüskarı olub. Dünyada ikinci, SSRİ-də isə birinci olaraq Ağdamda Çörək muzeyinin yaradılması, ilk Muğam məktəbinin, Muğam teatrının təşkil olunması da onun təşəbbüsü ilə reallaşıb.

Akademik İmam Mustafayevlə birgə yazdığı “İmam Şamil” kitabına görə Beynəlxalq İmam Şamil Mükafatları Komitəsinin Böyük qızıl medalına layiq görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir