Modern.az

İranda İslam İnqilabının 42-ci ildönümünü qeyd edilir

İranda İslam İnqilabının 42-ci ildönümünü qeyd edilir

5 Fevral 2021, 11:53

Pəhləvi rejimini devirən İran İslam İnqilabının 42-ci ildönümünü təntənəli şəkildə qeyd edir.


Modern.az-ın məlumatına görə, 42 il əvvəl (1979) milyonlarla iranlı İmam Xomeyninin 15 illik sürgündən qayıdışını qarşılamaq üçünTehranın Mehrabad hava limanına toplaşdı.

Bu qayıdış nəticəsində 10 fevral 1979-cu il tarixində İranda 2500 illik monarxiyaya son qoyuldu və İmam Xomeyninin rəhbərliyi altında İslam Respublikası quruldu.

İran İslam Respublikasının Azəbaycandakı səfirliyindən verilən açıqlamada deyilir:

“İran İslam Respublikası son 42 ildə nəzərə çarpacaq dərəcədə irəliləyib. Sağlamlıq sahəsində İran 1960-dan 2017-ə qədər uzun ömürlülük indeksinə görə inkişaf edərək yeddinci yeri tutdu (1960-cı ildə uzun ömürlülük 45 il idi, 2017-ci ildə isə 76 il oldu). Bu gün İran İslam Respublikası dünyada koronavirus peyvəndi istehsal edən ilk 10 ölkə arasındadır. Enerji sahəsində İran Enerji İnkişafı İndeksində (EDI) ikinci, neft istehsalında dünyada üçüncü, elektrik istehsalında 15, benzin istehsalında 16-cı yerdədir. Rabitə texnologiyası sahəsində İran internetə çıxışı olan 50 milyona yaxın istifadəçisi ilə dünyada 17-ci yerdədir. Photron İnstitutuna görə, İran kosmik texnologiyanın inkişafı baxımından 15 ölkədən biridir. Nüvə enerjisi sahəsində İran tam nüvə yanacaq istesal edən 13 ölkədən biridir və uranı zənginləşdirmə qabiliyyətinə sahib 14 ölkədən biridir”.


Səfirlik bildirib ki, İran İslam Respublikasının son 42 ildə qazandığı əsas uğurlardan biri də yüksək müdafiə qabiliyyətinə nail olmaqdır.

Qeyd edilib ki, Qərbin sanksiyaları və təhdidləri qarşısında bütün səylərə baxmayaraq, İran nüvə yanacaq dövrü olan ölkələr sırasına qatıldı. Sayı 20-dən çox olmayan ölkələrdən biri olaraq İranın yanacaq istehsalı və yanacaq kompleksləri sahəsində uran axtarışı və hasilatı imkanı var.


“İran İslam Respublikası hər zaman Azərbaycan Respublikasına dəstək olub və siyasi və hərbi dəstəyini heç vaxt Bakıdan əsirgəməyib”,-deyə səfirliyin açıqlamasında qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?