Modern.az

Baş Qərargah rəisi satqın çıxdı, həbs cəzası verildi

Baş Qərargah rəisi satqın çıxdı, həbs cəzası verildi

Dünya

5 Fevral 2021, 16:40

Serbiyanın keçmiş Baş Qərargah rəisi Mladko Perişiçə hökm oxunub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın xeyrinə casusluqda ittiham olunan general 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

1993-1998-ci illərdə Baş Qərargah rəisi olan Perişiç 2002-ci ildə Serbiyanın təhlükəsizlik vəziyyəti, o cümlədən Kosovadakı vəziyyət barədə ABŞ səfirliyinə xəbər ötürübmüş.

Perişiç günahını etiraf etməyib. Proses 18 il davam edib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə