Modern.az

Türkiyəli jurnalistlər Azərbaycana gəldilər

Türkiyəli jurnalistlər Azərbaycana gəldilər

Media

30 Yanvar 2010, 19:14

Türkiyə Jurnalistlər Birliyi sədrinin müavini, Alanya Qəzetçilər Cəmiyyətinin sədri Məhmət Əli Dimin başçılığı ilə bir qrup jurnalist yanvarın 30-da Azərbaycana gəlib.  
Azərbaycan Parlament Jurnalistlər Birliyinin (PJB) təşkilatçılığı ilə reallaşa
n səfərin məqsədi PJB-nin beynəlxalq əlaqələrini genişləndirmək, eləcə də xarici ölkə jurnalistlərinin vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır.
Birliyin sədri Elşad Eyvazlı
Modern.az-a bildirib ki, erməni vandalizmi ilə bağlı Alanya Qəzetçilər Cəmiyyətinin köməyi ilə ötən ilin ortalarında Türkiyədə bukletlər çap edilərək qardaş ölkənin bir çox bölgələrində xarici turistlər arasında yayılıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatıdırılması işində digər xarici ölkələrdəki jurnalistlərin imkanlarından istifadə etmək üçün türkiyəli həmkarlarımızla bir layihə gerçəkləşdirmək niyyətindəyik”-deyə E.Eyvazlı bildirib.
Səfər çərçivəsində türkiyəli jurnalistlər azərbaycanlı həmkarları ilə görüşəcək, Qubadakı kütləvi məzarlığa baş çəkəcəklər.
 Türkiyəli jurnalistlər 4 gün Azərbaycanda qalacaqlar.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?