Modern.az

“Bakı dialoqları” və “Bakı müzakirələri” başlayacaq Beynəlxalq analitiklə MÜSAHİBƏ

“Bakı dialoqları” və “Bakı müzakirələri” başlayacaq -  Beynəlxalq analitiklə MÜSAHİBƏ

8 Fevral 2021, 10:15

Beynəlxalq analitik, şərhçi və yayımçı, “Tovuzdan Qarabağa” kitabın müəllifi  Malik Ayub Sumbal Modern.az saytına müsahibə verib.

 

- Cənab Malik Ayub Sumbal, Azərbaycanla bağlı kitab yazmağınızın səbəbi nə olub?


- 2015-ci ildə Azərbaycana ilk səfərim çərçivəsində, Tərtər, Fizuli, Bərdə, Horadiz rayonlarını ziyarət etdim və müharibənin bütün bölgəyə necə böyük təsir göstərdiyini gördüm. O zaman düşündüm ki, bu münaqişə ilə bağlı bir kitab yazmalıyam. Bir milyon azərbaycanlının Dağlıq Qarabağdan necə didərgin salındığı və Ermənistanın təcavüzü, təxribatı və qanunsuz işğalı, bunların Azərbaycan xalqının həyatına necə təsir göstərdiyi, bir sözlə, gözlərimlə gördüklərimin obyektiv təhlilini təqdim etmək qərarına gəldim.

 

- Azərbaycanda olarkən diqqətinizi ən çox nə çəkdi?

 

- Azərbaycan cəmiyyəti arasında dinlərarası harmoniya, dözümlülük və səbirlik xoşuma gəlir. Mənim xoşuma gələn ən gözəl məqamlardan biri də mülayimlik, digər inanc və dinlərin qəbul edilməsidir. Bunun ölkə rəhbərliyinin baxışlarına uyğun olmasıdır. Müasir dünyada konfessiyalararası  harmoniyanı və mədəniyyətlərarası dialoqa riayət edən ölkələr azdır.


- Qarabağın işğal vaxtı və işğaldan sonra... Sizcə, dünyanın baxışı necədir?


- Dünyanın baxışı Qarabağın Azərbaycana məxsus olmağından ibarət idi və Azərbaycan da işğal edilmiş ərazisini azad edib. Lakin bu münaqişəni həll etməli olan və 30 ilə yaxın davam edən beynəlxalq təşkilatların bu işdə çox az rolu oldu.


- Bundan sonra Azərbaycana yenə də gələcəksinizmi?



- Bəli, Azərbaycan mənim üçün evim kimidir, daha çox ziyarət etdiyim ölkələrdən biridir. Azərbaycanı çox sevirəm. 


- Necə hesab edirsiniz, dünyanın nüfuzlu media qurumlarının Qarabağ məsələsilə bağlı mövqeyi planetin ayrı-ayrı münaqişə ocaqları ilə müqayisədə qaneedicidirmi?


- Dünya mediasının öz gündəmi və redaksiya xətti var. Beləliklə, onlar öz mənafelərinə görə Dağlıq Qarabağ xəbərlərini yayırlar. Nəzarət medianın redaksiya siyasətinə və xəbərlərin yayımlanmasına çox təsir edir.


- GLOBAL JOURNALİSM COUNCİL-ın üzvü olaraq, ayrı-ayrı beynəlxalq jurnalist təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?


- Düşünürəm ki, Dağlıq Qarabağ Tovuz hadisəsindən sonra bir çox məqalələrin başlığı oldu, çünki bütün dünyada bir çox insan bu dondurulmuş münaqişədən, ikiqat standartlardan və ya Ermənistandan tam xəbərdar deyildi. Lakin müxtəlif jurnalist qurumları bu münaqişədə fərqli rollar oynayırlar. GLOBAL JOURNALİSM COUNCİL isə bu məsələdə doğrunun yanında oldu. Doğru isə Azərbaycan idi.


- Cənab Malik Ayub Sumbal, Azərbaycana və onun xalqına olan dost münasibətiniz fəaliyyətinizlə  təsdiqlənir. Bu yaxınlarda “Azərbaycanın Dostları” platforması yaradıldı. Bunun təşəbbüskarı kim olub və fəaliyyəti nə olacaq? Mümkünsə, məlumatı bizimlə bölüşərdiniz...


- “Azərbaycanın dostları” (FoA) Azərbaycanın həqiqi dostlarını birləşdirən sosial şəbəkəsidir. Biz Azərbaycanın hekayəsini dünyaya izah etməyə borcluyuq. Azərbaycanın dünyadakı ictimai, siyasi və mədəni imicini vurğulamalıyıq. Bir sıra möhtəşəm təşəbbüslərə başlamağı planlaşdırırıq. Sağlam mübahisələri və müzakirələri təşviq edəcəyimiz növbəti mərhələdə “Bakı dialoqları” və “Bakı müzakirələrini” başlayacağıq.



Nərgiz MƏMMƏDOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı