Modern.az

“Yerin təki haqqında” qanun dəyişdirilir

“Yerin təki haqqında” qanun dəyişdirilir

9 Fevral 2021, 16:26

"Yerin təki haqqında” qanunvericiliyə dəyişiklik nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov nazirliyin sosial şəbəkə hesabında yayımlanan "Ekspert saatı"nda məlumat verib. Nazirlik rəsmisi qeyd edib ki, dəyişikliyə əsasən,  artezian və subartezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı ilə bağlı qaydalar hazırlanır:

 

"Qanuna dəyişiklik nəticəsində quyuların qazılması dövlət sənədi kimi vahid sənəd olacaq, hüquqi şəxslərə təqdim ediləcək. Qanunvericiliyin tələblərinə mütləq əməl edilməlidir. Bu, təbii sərvətdir və yeraltı sular da qorunmalıdır. Əgər ərazidə yerüstü su ehtiyatları kifayət qədər varsa, yeraltı suların qazılmasına icazə verilmir. Lakin kiçik dərinlikdə yuxarı səviyyədə qrunt sularının həyatyanı sahələrdə çıxarılmasına icazə verilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?