Modern.az

Dünyada ən çox yayılmış soyadlar - MARAQLI

Dünyada ən çox yayılmış soyadlar - MARAQLI

20 Avqust 2012, 15:13

Li ― dünyada 100 milyondan çox insan bu soyadı daşıyır. Bu soyad daha çox çinlilərə, vyetnamlılara, yaponlara məxsus olsa da, demək olar ki, bütün ölkələrdə Li soyadlı insana rast gəlmək mümkündür.

Çjan ― 100 milyona yaxın insan. 1990-cı ildə ən çox yayılmış soyad olduğu üçün Ginnesin rekordlar kitabına düşüb. Çjan soyadına ilk dəfə 4000 il əvvəl qədim Çin tarixində rast gəlinib.

Van ― 93 milyona yaxın insan. Soyad daha çox Çin və Koreyada yayılıb. Van soyadı Hollandiyada da geniş yayılıb.

Nquen ― 36 milyon insan. Koreyanın 40% əhalisi bu soyaddadır. Nquen soyadı dünyada Vyetnam müharibəsi ərəfələrində yayılmağa başladı. Soyad tanınmasına görə, Avstraliyada 7-ci, Fransada 54-cü, ABŞ-da 57-ci yerdədir.

Qarsia ― təxmini 10 milyon insan. Soyad Cənubi Amerikada, Filippin və İspaniyada çox yayılıb. İspaniya əhalisinin 3,32 %-i bu soyadın daşıyıcısıdır. Meksikada isə 4 100 000 insan bu soyaddadır. Qarsia soyadı Kubanın ikinci ən məşhur soyadıdır.

Qonzales ― 10 milyona yaxın insan. Bu soyad səsləndikdə İspaniya yada düşür. İspanların 2,08 %-i bu soyadı daşıyır. Soyad hətta Latın Amerikasında, Argentinada, Çilidə də çoxluq təşkil edir.

Ernandes ― təxmini 8 milyon insan bu soyaddadır. Soyadın tarixi XV əsrə söykənir. Daha çox İspaniya, Portuqaliya, Meksika, ABŞ  və.s. ölkələrdə yayılıb.

Smit ― 4 milyona yaxın insan. Smit soyadı Kanadada məşhurluğuna görə 2-ci, İrlandiyada isə 5-ci yerdədir. Soyadı daşıyanlar arasında dünya şöhrətlilər də var.

Smirnov ― 2,5 milyona yaxın insan. Soyadın vətəni Rusiya və Belarusdur. Soyad sülh, barışıq mənalarını bildirir.

Müller ― 1 milyondan çox insan. Soyadın çoxluğu Almaniyadadır. Müller soyadı Avstriyada və İsveçrədə də geniş yayılıb.


Jalə Orucova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi