Modern.az

Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəyinə REAKSİYA

Rəsul Quliyevin Azərbaycana qayıtmaq istəyinə REAKSİYA

9 Fevral 2021, 17:32

Milli Məclisin sabiq spikeri, Amerikada yaşayan siyasətçi Rəsul Quliyevin sosial şəbəkə paylaşımları son zamanlar haqqında bəzi iddialara səbəb olub. Belə ki, sabiq spikerin izləyiciləri onun Azərbaycana qayıtmaq istəyində olduğunu, münasib üsul və yol axtardığını düşünürlər.

Bu barədə Modern.az-a danışan politoloq Zərdüşt Əlizadə isə Rəsul Quliyevin əfv alaraq, qayıtmaq istəməsinin normal olduğunu hesab edir:

“Hər bir insanın Vətəninə, yurduna dönməsi tamamilə qanuni bir istəkdir. Xüsusilə yaşı 70-i keçəndə insan Vətənini arzulayır, burada yaşamağı seçir. Torpaq çəkir, bura doğma yerdir, Rəsul Quliyev də Vətənini, Azərbaycanı sevir.

O, əvvəl fikirləşirdi ki, siyasi mübarizə yolu ilə qayıdar. İndi isə görünür onun üçün artıq siyasi mübarizə yolu qapanıb. Hakimiyyətdən zəmanət alsa ki, onu həbs etməyəcəklər, çıxıb gələ bilər.

Vaxtilə Ayaz Mütəllibovun da müəyyən iddiaları, istəkləri var idi. Bu alınmadığına görə, iddialarından əl çəkib Vətəninə qayıtdı. Gələndən sonra ona təqaüd də kəsildi. Mənə elə gəlir ki, Rəsul müəllim də qayıtmaq istəyir. Azərbaycanda yaşamağa can atır. Bu başadüşülən və hörmətə layiq mövqedir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?