Modern.az

27 ildən sonra... ASALA-nın səsi çıxdı

27 ildən sonra... ASALA-nın səsi çıxdı

21 Avqust 2012, 13:56

Terror təşkilatı Türkiyəni hədələdi

1973 və 1985-ci illər arası türk diplomatlara sui-qəsd təşkil edən erməni terror təşkilatı ASALA (Ermənistanın qurtuluşu uğrunda erməni Gizli Ordusu) Suriya böhranı ilə bağlı Türkiyəyə "xəbərdar edib".

Panarmenian.net saytının xəbərinə görə, 1985-ci ildən bəri aktiv olmayan ASALA-nın mətbuat xidməti tərəfindən yayılan bəyanatda, "Suriyadakı erməni toplumunun təhlükəsizliyi və ictimai birliyinin birbaşa və ya dolayı olaraq pozulması ya da hər hansı bir hərbi macəraya cəhd göstərilməsi halında Türkiyə eyni tədbirlərlə qarşılaşacaq" deyilir.

Bəyanat "türk ziyalıları və Türkiyənin qabaqcıl xalqını davam edən nifrət siyasətini qınamağa çağırırıq" sözləri ilə yekunlaşır. 

Modern.az
 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi