Modern.az

İranda qadınlara qarşı yeni qadağa

İranda qadınlara qarşı yeni qadağa

22 Avqust 2012, 13:27

İranda qadınlara yeni bir qadağa qoyuldu. Modern.az xəbər verir ki, iranlı qadınların universitetlərdə mühəndis, idarəetmə, nüvə fizikası, arxeoloq və s.-  77 fakültədə təhsil alması qadağan edildi. Bunu isə qadınların təbiətinin bu ixtisaslara uyğun olmaması ilə izah ediblər.

İranın Elm və Təhsil Nazirliyinin qəbul etdiyi bu qərara görə, qadınlar bu fakültələrdən məzun olduqdan sonra iş tapa bilmirlər.   Yeni qərara İranda həm insan hüquqları müdafiəçiləri, həm də bəzi millət vəkillər etiraz ediblər. Qərara görə, İranın 36 universitetində aralarında ingilis ədəbiyyatı, ingilis dili tərcüməçiliyi, otel idarəetməsi, arxeologiya, elektrik və sənaye mühəndisliyi olan ixtisaslarda ancaq oğlanlar oxuya biləcək.  

Sevinc İltifatqızı
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir