Modern.az

MDB ölkələrinin başçıları Aşqabadda görüşəcək

MDB ölkələrinin başçıları Aşqabadda görüşəcək

Dünya

22 Avqust 2012, 13:45

Modern.az xəbər verir ki, MDB ölkələri başçıları və xarici işlər nazirləri bu il 1 - 2 noyabr tarixində Aşqabadda görüşəcəklər. Görüş əsnasında iqtisadi və humanitar əməkdaşlıq sahəsində layihələr müzakirə olunacaq, ekologiya sahəsində qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik məsələlərinə toxunulacaq.

Qeyd edək ki,  iclasların gündəliyi MDB iştirakçısı olan dövlətlərin daimi səlahiyyətli nümayəndələri Şurasının avqustun 21–də  Minskdə keçirilən iclasda planlaşdırılıb. MDB-yə Azərbaycan da daxil olmaqla 11 keçmiş sovet ölkəsi daxildir. İcraiyyə komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MDB ölkələrinin icraçı katibi  Sergey Lebedev deyib ki, Aşqabadda keçiriləcək iclasda ənənəvi olaraq, sərhəd təhlükəsizliyi, hüquq mühafizə sahəsində əməkdaşlığın da gücləndirilməsi məsələləri gündəmdə olacaq. Sergey Lebedyev onu da bildirib ki, MDB ölkələrinin humanitar sahədə əməkdaşlığına daha böyük əhəmiyyət verilir.

Aşqabadda keçiriləcək iclasda ən vacib məsələlərdən biri Böyük Vətən Müharibəsinin  70 illiyinə həsr olunmuş hazırlıq məsələsi olacaq. Lebedevin sözlərinə görə, hələ ötən il MDB ölkələri prezidentləri  bu layihə çərçivəsində xüsusi plan hazırlayacaqlarını bildirmişdilər.

Aygün Asifqızı
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı