Modern.az xəbər verir ki, MDB ölkələri başçıları və xarici işlər nazirləri bu il 1 - 2 noyabr tarixində Aşqabadda görüşəcəklər. Görüş əsnasında iqtisadi və humanitar əməkdaşlıq sahəsində layihələr müzakirə olunacaq, ekologiya sahəsində qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik məsələlərinə toxunulacaq.
Qeyd edək ki, iclasların gündəliyi MDB iştirakçısı olan dövlətlərin daimi səlahiyyətli nümayəndələri Şurasının avqustun 21–də Minskdə keçirilən iclasda planlaşdırılıb. MDB-yə Azərbaycan da daxil olmaqla 11 keçmiş sovet ölkəsi daxildir. İcraiyyə komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, MDB ölkələrinin icraçı katibi Sergey Lebedev deyib ki, Aşqabadda keçiriləcək iclasda ənənəvi olaraq, sərhəd təhlükəsizliyi, hüquq mühafizə sahəsində əməkdaşlığın da gücləndirilməsi məsələləri gündəmdə olacaq. Sergey Lebedyev onu da bildirib ki, MDB ölkələrinin humanitar sahədə əməkdaşlığına daha böyük əhəmiyyət verilir.