Modern.az

Nazir dövlət şirkətlərinin işini TƏNQİD ETDİ

Nazir dövlət şirkətlərinin işini TƏNQİD ETDİ

İqtisadiyyat

12 Fevral 2021, 12:02

“Bir sıra dövlət şirkətlərinin fəaliyyəti günün tələblərinə uyğun deyil. Bəzi hallarda isə idarəetmənin effektivliyinin aşağı olması müşahidə edilir. Bu şirkətlərin xərclərinin, tender prosedurlarının şəffaflığı tam təmin edilməyib”.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.

 

Nazirin sözlərinə görə, bəzi şirkətlər büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduqları halda, zərərlə işləyirlər:

 

“Bu sahədə artıq ciddi islahatlar həyata keçirilir. Dövlət şirkətlərinin effektivliyinin artırılmasına və onların ciddi bazar dəyərinə çatdırılmasına nail olunmalıdır. Dövlət şirkətlərinin borclanmlarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə divident ödənişlərinin artırılması hədəf kimi qarşımızda durur və 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu istiqamətdə çalışır".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub