Modern.az

İran iqtisadiyyatını Ermənistan bankları ayaqda saxlayır

İran iqtisadiyyatını Ermənistan bankları ayaqda saxlayır

22 Avqust 2012, 16:36

Modern.az xəbər verir ki, ABŞ mediasındakı iddialara görə, İran iqtisadiyyatını Ermənistan və İraq bankları ayaqda saxlayır. Tehran bir çox pul transferində xüsusilə İrəvan mərkəzi banklarından istifadə edir.
İran ona qarşı sürülən nüvə proqramı səbəbiylə beynəlxalq işləri Ermənistan və İraq banklarınından istifadə edərək, həyata keçirir.

ABŞ İranın sanksiyaları aşmaq üçün  həyata keçirdiyi işləri  nəzarətə alıb. Ortaya çıxarılan sənədlərlə qlobal bankçılıq və neft sektorundan uzaq tutulmağa çalışılan İranın iqtisadiyyatını  ayaqda tutmağı necə bacara bildiyi göstərilib.

Buna görə İraq Mərkəzi  Bankı başda olmaqla  ölkədəki müxtəlif banklar İran adına çoxlu miqdarda pul transfer etdiyinə görə günahlandırılıb.
”Reuters" agentliyinin məlumatına görə, artıq rəsmi Vaşinqton məsələ ilə bağlı narahatlığını Ermənistana bildirib.

Məltəm Talıbzadə


 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi