Modern.az

“Azad edilmiş rayonlarda öncə bələdiyyə seçkiləri keçirilməlidir” - Ekspert

“Azad edilmiş rayonlarda öncə bələdiyyə seçkiləri keçirilməlidir” - Ekspert

Aktual

12 Fevral 2021, 17:06

“İşğaldan azad edilmiş rayonların seçki dairələri yerinə qaytarılmalı, Qarabağda bələdiyyə seçkiləri keçirilməlidir”.

Bu təklifi  Modern.az-a açıqlamasında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı səsləndirib. O xatırladıb ki, Azərbaycanda keçirilən parlament və prezident seçkilərində məcburi köçkün rayonlar iştirak etsələr də, bələdiyyə seçə bilmirdilər:


“Bələdiyyə seçkilərində Azərbaycanda formalaşdırılmış  125 seçki dairəsindən 118-i iştirak edirdi. Məcburi köçkünlər bütün Azərbaycanın şəhər və rayonlarında yaşayırlar. Məcburi köçkün rayonların İcra hakimiyyəti və digər strukturları da fərqli rayonlarda fəaliyyət göstərirdi. Məsələn, Laçın rayon İcra Hakimiyyəti Ağcabədidə Taxtakörpüdə fəaliyyət göstərir, Qubadlı rayon İcra Hakimiyyəti isə Sumqayıtda və s.
Ona görə, işğaldan azad olunduqdan sonra məskunlaşma başlayanda həmin dairələr öz rayonlarına köçməlidir. Şuşa və Xankəndi seçki dairələri də öz yerlərinə qayıdacaq. Hesab edirəm ki, azad olunan rayonlarda elə ilk bələdiyyə seçkilərinə hazırlıq getməlidir. Çünki 1999-cu ildən bu yana Azərbaycanda bələdiyyə formalaşdırılsa da, məcburi köçkün rayonlarda olmayıb. Bundan sonra digər seçkilərin keçirilməsi də mümkündür”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür