Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Moskvada baş tutan “Spartak” – “Fənərbaxça” oyunu öncəsi qalmaqal yaşanıb.
Hələ oyun başlamazdan əvvəl “Spartak”lı azarkeşlərin “Fənərbaxça”lı fanatlara hücumu baş verib. Moskva klubunun 20-dək tərəfdarı bir qrup türk azarkeşi döyüb. Nəticədə həm də türkiyəli azarkeşlərin oyuna gətirdikləri üzərində Atatürkün portreti olan plakatlar cırılıb. Bu azmış kimi, rus fanatlar Atatürkün şəkli olan plakatları oyun zamanı da yandırıblar.