Modern.az

Sabir Rüstəmxanlı yenidən VHP-in sədri seçildi

Sabir Rüstəmxanlı yenidən VHP-in sədri seçildi

Ölkə

14 Fevral 2021, 16:01

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti Qurultayı keçirilib.

 

Modern.az xəbər verir ki, ölkədəki pandemiya şərtlərinə uyğun olaraq VHP-nin VIII Qurultayı onlayn qaydada təşkil edilib.

 

Qurultayda VHP-nin 76 bölgə və Naxçıvan Muxtar Respublikası təşkilatından 400 nümayəndə iştirak edib.

 

VHP VIII qurultayında partiyanın qurultaylararası dövrdə fəaliyyəti, ölkədəki ictimai siyasi durumun müzakirə edilib və nizamnaməyə uyğun olaraq təşkilati məsələlərə baxılıb.

 

Daha sonra seçkilər keçirilib. Sabir Rüstəmxanlı yenidən partiyanın sədri seçilib.

Qeyd edək ki, buna qədər da partiyanın sədri millət vəkili Sabir Rüstəmxanlı olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub