Modern.az

Biləsuvarda maşın aşdı - yaralanan var

Biləsuvarda maşın aşdı - yaralanan var

14 Fevral 2021, 22:03

Biləsuvar rayonunda yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb.

 

Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Muradov Qeyrət Piri oğlu "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini aşırıb. Avtomobil sonra yanmağa başlayıb.

 

Hadisə yerinə vaxtında çatan FHN-in Biləsuvar rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları alışan avtomobildən yaralı sürücünü xilas ediblər.

 

Q.Muradov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB