Modern.az

“Müəllimlərin maaşı artırılmalıdır”

“Müəllimlərin maaşı artırılmalıdır”

23 Avqust 2012, 16:59

Azərbaycanda müəllimlər və həkimlər bir ildən çoxdur prezident sərəncamının icra olunacağı günü gözləsələr də ...

Təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə Prezident İlham Əliyev 2011-ci ilin aprel ayının 20-də sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Ancaq sərəncamın imzalanmasından xeyli müddət keçsə də, hələ də təhsil və səhiyyə işçiləri qanunla  dövlət qulluqçuları sayılmırlar. 

Qeyd edək ki, hər iki sahədə çalışanlar dövlət qulluqçusu elan olunarsa, bu, birbaşa onların maaşlarının artmasına da təsir göstərəcək.

Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli bu məsələ ilə bağlı Modern.az açıqlama verib. Deputat bildirib ki, bu sahələrin dövlət qulluğunun xüsusi növünə aid edilməsi çox çətin və ciddi məsələdir". 

“Nə üçün camaat istəyir ki, müəllimə dövlət qulluqçusunun xüsusi statusu verilsin? Əlbəttə əmək haqlarının artırılmasına gör. Müəllimin adı axı məmur, dövlət qulluqçusunun adından da yüksəkdir. Gəlin müəllimin əməkhaqqısını artıraq. Müəllimin statusu haqqında düşünək, müəllimin xüsusi statusunu təsdiq edək.  Deyim ki, hələ bununla bağlı heç bir sənəd ortada yoxdur. Mən istəyirəm onların maaşları yüksək olsun və onlar dövlət qulluqçusu statusundan da yüksək olan müəllim statusu alsınlar”.

Şahanə Rəhimli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir