Modern.az

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Almaniya biznes forumu keçiriləcək

Aktual

23 Avqust 2012, 17:21

Bakıda 14-cü Azərbaycan-Almaniya biznes forumu keçiriləcək. Bu barədə Modern.az-a İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər. Məlumatda bildirilir ki, forum avqustun 27-də  Almaniya Federativ Respublikasının Reynland-Pfalz əyalətinin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, forum İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək. Tədbirdə Azərbaycan və Almaniya tərəfindən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, mebel istehsalı, logistika və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, Almaniyanın Reynland-Pfalz əyalətinin iqtisadiyyatına dair təqdimatlar, iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək.

Sevinc İltifatqızı
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır