Modern.az

Koronavirusa yoluxanların sayı 74-ə düşdü - 3 nəfər öldü

Koronavirusa yoluxanların sayı 74-ə düşdü - 3 nəfər öldü

Hadisə

15 Fevral 2021, 18:41

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

 

Azərbaycanda indiyədək ümumilikdə 232197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 226760 nəfər müalicə olunaraq sağalıb, 3183 nəfər vəfat edib, aktiv xəstə sayı 2254 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4160, ötən müddət ərzində isə ümumilikdə 2506005 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır