Modern.az

“Neftçi” üçün tarixi oyun...

“Neftçi” üçün tarixi oyun...

23 Avqust 2012, 17:35

Azərbaycanın məşhur futbol komandalarından biri olan “Neftçi” bəyanat yayıb. Modern.az komandanın bəyanatını oxuculara təqdim edir:

“Azərbaycanın Avrokuboklardakı yeganə təmsilçisi olan “Neftçi” PFK tarixi bir oyunun ərəfəsindədir. Avroliqa turnirinin “pley-off”mərhələsində çıxış edən komandamız “Apoel” səddini keçəcəyi təqdirdə sözügedən yarışın qrup mərhələsinə vəsiqə qazanacaq. Klub olaraq məsuliyyətimizi anlayırıq. Məhz bu tarixdə Füzuli və Cəbrayıl rayonları erməni separatçıları tərəfindən işğala məruz qalıb.   
Qələbəyə aparan yolda “Neftçi”nin böyük azarkeş dəstəyinə ehtiyacı var. Belə bir gündə nəinki azarkeşlər, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı Flaqmanın ətrafında birləşməlidir. “Neftçi” PFK olaraq komandamızı dəstəkləməyə gələcək futbolsevərləri diqqətli olmağa və baş verə biləcək hər hansı təxribata getməməyə çağırırıq. İstənilən xoşagəlməz hal UEFA tərəfindən çox ciddi sanksiyaların verilməsi ilə nəticələnə bilər. Bu isə xalqımızı və dövlətimizi istəməyənləri sevindirəcək. İnanırıq ki, azarkeşlərimiz, ürəyi Azərbaycan futbolu ilə döyünən hər bir vətəndaşımız bu gün həmrəylik nümayiş etdirərək komandamızı layiqli bir şəkildə dəstəkləyəcək”.  

"Neftçi" - “Apoel” matçı saat 21.00-da başlayacaq...

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı