Modern.az

Ali məktəblərin boş qalan yerlərinin seçimi başa çatıb

Ali məktəblərin boş qalan yerlərinin seçimi başa çatıb

24 Avqust 2012, 09:35

2012/2013-ci tədris ili üçün ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə və orta ixtisas təhsil müəssisələrinə ixtisas seçimi 23 avqust saat 23:59-də başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparıl;b. 

 İxtisas seçmək hü­ququ olan abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisə­lərinin boş qalan yerləri olan ixtisaslarının da kod­larını göstərə biliblər.  

Abituriyentlər elektron ərizələrində ümumilikdə 20-dək ixtisas kodunu göstərə bilərdilər. 

Bölmə və ixtisas qrupları üzrə təsdiqlənmiş elektron ərizələrin sayı haqqında məlumat  

 

İxtisas qrupları 

 

Bolmə 

I qrup 

II qrup 

III qrup 

IV qrup 

Cəmi 

Azərbaycan 

2741  

2422  

5040 

1210  

11413  

Rus 

267  

309  

450  

83  

1109  

Cəmi 

3008  

2731  

5490  

1293  

12522 

   Müsabiqənin nəticələrinin avqustun 24-də elan edilməsi nəzərdə tutulur. 


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir