Modern.az

Rəsmi Bakı Yerevanın “Naxçıvan dəhlizi” açıqlamasına CAVAB VERDİ

Rəsmi Bakı Yerevanın “Naxçıvan dəhlizi” açıqlamasına CAVAB VERDİ

16 Fevral 2021, 13:58

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbəri Ayvazyanın son açıqlamalarına reaksiya verib.

Modern.az-ın məlumatına görə, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ara Ayvazyanın üçtərəfli razılaşma ilə bağlı sözlərini “boş bəyanat” adlandırıb.  

 

“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”- açıqlamada deyilir.

 

Xatırladaq ki, Ermənistan tərəfi ölkə başçılarının üçtərəfli razılaşmasının 9-cu bəndində nəzərdə tutulan və bölgədəki nəqliyyat kommunikasiyalarının, o cümlədən, Azərbaycanın qalan əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin açılmasını özündə ehtiva edən məqamla bağlı qərəzli açıqlama vermişdi.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub