Modern.az

Azərbaycanda daha 140 nəfər yoluxdu - 2 nəfər öldü

Azərbaycanda daha 140 nəfər yoluxdu - 2 nəfər öldü

Hadisə

16 Fevral 2021, 15:30

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 232337 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226951 nəfər müalicə olunaraq sağalıb, 3185 nəfər vəfat edib, aktiv xəstə sayı 2201 nəfərdir.

 

Ölkədə son sutka ərzində 7631 hazırkı dövrədək isə 2513636  test aparılıb.

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır