Modern.az

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi - FOTO

Qarabağ

16 Fevral 2021, 15:35

Vətən müharibəsində itkin düşən Müddətdən Artıq Hərbi Qulluqçu, kiçik çavuş Anar Siyavuş oğlu Nurullayevin şəhid olduğu müəyyənləşib.

 

Modern.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhidin əmisi Ziya Nurullayev məlumat verib. O qeyd edib ki, hərbçi sabah doğulduğu kənddə torpağa tapşırılacaq:

 

“Bizə Müdafiə Nazirliyindən məlumat verilib ki, şəhidimizin nəşi bu gün Sabirabad rayonuna göndəriləcək. Sabah saat 14:00-da isə doğulduğu Osmanlı kəndində dəfn olunacaq”.

 

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

 

Qeyd edək ki, Anar Nurullayev 2001-ci ildə Sabirabad rayonunun Osmanlı kəndində dünyaya gəlib. 

 


 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?