Modern.az

Sarkisyan GOPLADI - Sabiq prezident Ermənistan xalqını ƏLƏ SALDI

Sarkisyan GOPLADI - Sabiq prezident Ermənistan xalqını ƏLƏ SALDI

17 Fevral 2021, 10:01

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan “Armnyus” telekanalına verdiyi acı bağırsaq kimi uzun müsahibəsində əməlli-başlı goplayıb.

Modern.az-ın məlumatına görə, Sarkisyan müsahibəsində elə sərsəm iddialar səsləndirib ki, bu, Ermənstan xalqını açıq-aşkar aldatmaq deməkdir.

Keçmiş prezident sən demə, 2014-2018-ci illərdə Ermənistan Ordusu üçün 2500 pilotsuz uçuş aparatı (PUA) almağı, bu işə 500 milyon dollar xərcləməyi planlaşdırıbmış.

Serj Sarkisyan bu rəqəmləri səsləndirməklə sadə erməniləri gerçəkdən ələ salaraq, onları avam yerinə qoyub.

Məsələ burasındadır ki, 2500 PUA dünyanın heç bir ölkəsinin ordusunda yoxdur. Hətta ABŞ ordusunda belə, cəmi 420 PUA var.

Üstəlik, 2500 döyüş PUA-sının minimal dəyəri 2 milyard dollardan çox edir.

Erməni sosial şəbəkələrindəki müzakirələrdə yenidən hakimiyyətə gəlmək istəyən Serj Sarkisyanın sərsəm açıqlamalarından qəzəblənənlərlə yanaşı, ona gülənlər də var...

Ermənistanın 3-cü prezidenti (9 aprel 2008 - 9 aprel 2018-ci illər), "Qarabağ klanı"nın nümayəndəsi Serj Sarkisyan hakimiyyətə qayıtmaq istəyən revanşistlərdən biri olsa da, müşahidələr onun əvvəlki nüfuza malik olmadığını deməyə əsas verir.
Siyasi ekspertlər Sarkisyanın hakimiyyətə gəlmək şansının az olduğunu, müxalifətin aparıcı simasına çevrilə bilmədiyini vurğulayırlar.
 


A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır