Modern.az

Şagirdlərin elektron yerdəyişməsi başladı

Şagirdlərin elektron yerdəyişməsi başladı

17 Fevral 2021, 09:56

Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək. 

 

Təhsil Nazirliyindən Modern.az-a verilən xəbərə görə, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

 

Qeyd edək ki, yanvarın 8-dən fevralın 17-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalı vasitəsilə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılmışdı. Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsi ilə bağlı idi.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?