Arxiv
1 Fervral 2010, 12:29 | PARLAMENT
Oqtay Əsədov: "Heç olmasa, axırıncı sessiyada özünüzü ləyaqətlə aparın"

Bu gün Milli Məclisin yaz sessiyası öz işinə başlayıb. Modern.az xəbər verir ki, yaz sessiyasının ilk iclasını Milli Məclisin Sədri Oqtay Əsədov açıb. Spiker bildirib ki, sessiya dövründə Nazirlər Kabinetinin, Hesablama Palatasının, Ombudsmanın hesabatı dinləniləcək. O.Əsədov sessiya müddətində “2010-cu ilin dövlət büdcəsi haqqında” Qanunun da parlamentin müzakirəsinə çıxarılacağını istisna etməyib. Daha sonra iclasda cari məsələlərin müzakirəsi başlayıb. Deputat Cəmil Həsənli bildirb ki, neft ölkəsi olan Azərbaycan Respublikasında “Neft haqqında” Qanun qəbul edilməlidir. Millət vəkilinin sözlərinə görə, o, dəfələrlə bu barədə təkliflə çıxış etsə də, parlament məsələyə biganə yanaşıb. C.Həsənli Bakı şəhərində istifadəyə verilən yeni çoxmərtəbəli yaşayış binalarının problemlərinə də diqqət çəkib. O, bildirib ki, paytaxtda 146 yeni yaşayış binasının sakinlərinin qaz problemi var. Deputat bu problemin həllinin vacibliyini vurğulayıb. 

Mübariz Qurbanlı çıxış edərək bildirib ki, “Azərbaycanın işğal olunmuş əraziləri haqqında” Qanun qəbul olunmalıdır. O,qeyd edib ki, bütün işğala məruz qalan dövlətlərin əksəriyyətində belə bir qanun var. “Bu həm hüquqi, həm də təbliğat baxımından çox əhəmiyyətlidir. Bu qanunun həm özündə, həm də priambulasında Azərbaycanın indiyə qədər işğala məruz qalan bütün əraziləri göstərilməlidir”-deyə deputat bildirib.

Pənəh Hüseyn təklif edib ki,

Milli Məclisdə Qarabağ məsələsi müzakirə olunsun. "Prezidentin iştirakı ilə Milli Məclkis məsələni müzakirə etsin. Çünki hazırda çox narahat doğuran vəziyyət yaranıb. Cəmiyyətdə də belə bir fikir var ki, maya qədər hansısa bir formada münaqişə həll olunacaq. Ona görə də hər kəs çox narahatdır".

Deputat təklif edib ki, əhalinin 2010-cu ilədək olan qaz borcları dövlət hesabına

ödənilib

. Bunu işıq və su üçün də etsinlər: "Heç olmasa, sayğac qoyulan müddətə qədərki borcları bağışlanılsın. Bu məsələ nizamlansın"-deyə P.Hüseyn əlavə edib. O, həbsdə olan jurnalistlərin məsələsini də qaldırıb. Bildirib ki, həbsdə olan jurnalistlər azad olunmalıdır. P.Hüseyn xatırladıb ki, deputat Cəlal Əliyev “Yeni Müsavat”ın baş  redaktor müavini Azər Ayxanı məhkəməyə verib. Millət vəkili təklif edib ki, “Diffamasiya haqqında” qanun qəbul edilsin ki, bu kimi hadisələrə son qoyulsun.

Ziyafət Əsgərov  “Diffamasiya haqqında” qanunla təklifə münasibət bildirib. Deyib ki, "bilmirəm Pənah Hüseynin dedikləri nə dərəcədə düzgündür. Cəmiyyəti ayrı-ayrı sortlara bölmək olmaz. Məhkəmə qarşısında hər kəs əməlinə görə məsuliyyət daşıyır. Bütün dünyada belədir. Cəlal Əliyev akademikdir, onu təhqir edəni məhkəməyə verib. Əlbəttə, hüquqi dövlətdə belə məsələlər elə məhkəmə yolu ilə həll olunur. Bəs kimə müraciət etməlidir? Razborşikə?".

Z.Əsgərov sonra da misal çəkib ki, Fransanın özündə prezident N.Sarkozinin bu yaxında media ilə bağlı məhkəməyə müraciət edib. Yəni sivil dövlətlərdə bu cür hallar olur. "Ancaq bizə deyirlər bu cinayət əməlini götürün. Biz niyə ghötürməliyik? Fransa bu mərhələyə gəlmək üçün 5 respublikadan keçib".

I vitse spiker deyib ki, jurnalistlər "etibarlı mənbə" adından çox istifadə edirlər. Bu ad altında özlərindən uydururular. "Olmaz belə etmək. Kimlərisə təhqir etməyə icazə yoxdur. Bir sözlə, "Diffamasiya haqqında" Qanun lazım deyil. Yazı yazanda fikirləşmək lazımdır".

Spiker Oqtay Əsədov deyib ki, o, da son zamanlar mediaya baxanda çox təəssüflənir.

Spikerin sözlərinə görə, bir çox deputatlar var ki, kapriz çıxışlar edirlər ki, Mili Məclis işləmir və s: "Bilirlər ki, kimdən danışıram. Heç olmasa axırıncı sessiyada özünüzü ləyaqətlə aparın".

O.Əsədovun sözlərinə görə, Milli Məclis 2005-ci ildən bu yana 38 qanun qəbul edib. "Əgər Milli Məclis işləmirsə, bu qanunları kim qəbul edib? Gəlin axırıncı sessiyada işimizi ləyaqətlə davam etdirək"-deyə o,əsədov bildirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Suriya ordusu hərəkətə keçdi 19 Avqust 2019, 00:33 Sakit Okeanda güclü zəlzələ 19 Avqust 2019, 00:14 Qax sakini Şəkidə faciəvi şəkildə öldü 18 Avqust 2019, 23:52 Xəzərdə batan 2 əcnəbi xilas edildi 18 Avqust 2019, 23:38 Vəkillə təhsil eksperti arasında qalmaqal: Onun barəsində “Mafioz vəkil”...” 18 Avqust 2019, 23:15 Psixiatriya xəstəxanasının pasienti 4 nəfəri öldürdü 18 Avqust 2019, 23:02 Almaniyada insanlara bıçaqla hücum: 2 ölü 18 Avqust 2019, 22:43 “Səbail”  “Zirə”ni məğlub etdi 18 Avqust 2019, 22:17 İsgəndər Həmidovun məhkəməsində çıxış əvəzi LƏTİFƏ  18 Avqust 2019, 22:03 Azərbaycan güləşçisi erməniyə qalib gəldi 18 Avqust 2019, 21:38 Futbolda qanlı olay: 3 nəfər öldü 18 Avqust 2019, 21:19 Türkiyədə terrorda şübhəli bilinən 10 nəfər saxlanıldı 18 Avqust 2019, 21:01 "Düşmənin fəaliyyəti müxtəlif kalibrli silahların nişangahı altındadır" - Müdafiə Nazirliyi 18 Avqust 2019, 20:44 Xarici İşlər Nazirliyindən Sudana təbrik 18 Avqust 2019, 20:30 Vilayət Eyvazov iki rayona rəis təyin etdi 18 Avqust 2019, 20:17 Yanğın 15 min evi külə döndərdi: 50 min insan küçələrdə qaldı - VİDEO 18 Avqust 2019, 20:01 Bakıda intiharın qarşısı alındı 18 Avqust 2019, 18:02 Qənirə Paşayeva afrikalı siyasətçilərə köçkün qadınlardan danışıb    18 Avqust 2019, 17:30 DİM dövlət qulluğuna qəbul imtahanının nəticələrini açıqladı 18 Avqust 2019, 17:23 Ordumuz düşməni nişangah altında saxlayır - Müdafiə Nazirliyi 18 Avqust 2019, 17:08 “İsgəndər Həmidovu ölüm cəzası gözləyirdi” - Sabiq nazirin vəkili DANIŞDI 18 Avqust 2019, 16:28 Mehriban Əliyevadan şəhidlərə böyük ehtiram - FOTOLAR 18 Avqust 2019, 15:58 Əxlaqsız qadınların Bakıdan Dubaya axını azalıb - SƏBƏBLƏR 18 Avqust 2019, 14:56 “Linfild”-“Qarabağ” oyununun hakimləri bəlli oldu 18 Avqust 2019, 14:32 Şeyxülislamın 40 ildə imza atdığı İLKLƏR - Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib... 18 Avqust 2019, 14:03 Şair Oqtay Rza vəfat etdi 18 Avqust 2019, 13:38 Oğlunu, arvadını və qayınanasını yandıran şəxs tutuldu – RƏSMİ 18 Avqust 2019, 13:30 Şəmkirdəki yanğının TƏFƏRRÜATI – Ata evə od vurdu, oğlu öldü, arvadı yandı... 18 Avqust 2019, 12:57 Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58