Modern.az

Azərbaycanın olimpiya çempionlarına 400 min manat mükafat verildi - FOTOLAR

Azərbaycanın olimpiya çempionlarına 400 min manat mükafat verildi - FOTOLAR

24 Avqust 2012, 18:43

Avqustun 24-də London Olimpiadasında medal qazanan Azərbaycan idmançıları və onların məşqçilərinin mükafatlandırılma mərasimi keçirilib.

Modern.az  xəbər verir ki, mərasim Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında idman ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilib. Mərasimdə medal qazanan aşağıdakı idmançıların adları təntənə ilə qeydolunub:

Sərbəst güləşçilər Toğrul Əsgərov (60 kq) və Şərif Şərifov (84 kq)  - qızıl medal;
Yunan-Roma güləşçisi Rövşən Bayramov (55 kq) – gümüş medal
Qadın güləşçi Mariya Stadnik (48 kq)  - gümüş medal;
Yunan-Roma güləşçisi Emin Əhmədov (74 kq) – bürünc medal;
Sərbəst güləşçi Xetaq Qazyumov (96 kq) – bürünc medal;
Qadın güləşçi Yuliya Ratkeviç (55 kq) – bürüc medal;
Boksçular Teymur Məmmədov (91 kq), Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) – bürünc medal;
Ağır atlet Valentin Xristov (56 kq) - bürünc medal.

Tədbirdə qeyd olunub ki, Azərbaycanın olimpiya yığması bu göstəricilərlə 205 ölkə arasında 30-cu olub, Avropa ölkələri arasında 15-ci, MDB dövlətləri arasında 5-ci yeri tutub.

Mərasimin sonunda London Olimpiadasında Azərbaycana medallar qazandırmış idmançılara və onların məşqçilərinə pul mükafatları təqdim edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev London Olimpiadasında yüksək nəticələr göstərən idmançılara həvəsləndirici mükafatların verilməsinə dair sərəncam vermişdi. Sərəncama əsasən, Olimpiya Oyunlarında birinci yeri tutan hər idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat, ikinci yeri tutan idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat, üçüncü yeri tutan idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat məbləğində mükafatlar müəyyən edilib.



 



Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!