Modern.az

QHT Şurasının dəstəyi ilə keçirilən layihə başa çatdı

QHT Şurasının dəstəyi ilə keçirilən layihə başa çatdı

22 Avqust 2012, 11:54

“Ərzaq Təhlükəsizliyi Uğrunda “ İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təçkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi  “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə dəstək” layihəsi üzrə 2012- ci il  avqust ayının  4-də İsmayıllı şəhərində və 11- də Xaçmaz şəhərində fermerlər və kənd təsərrüfatı işçiləri, habelə digər maraqlı şəxslərlə görüş keçirib. Bu barədə Modern.az-a birliyin sədri Zahid Abbasov məlumat verib.

Z.Abbasov bildirib ki, görüşdə layihəyə uyğun olaraq bioloji müxtəlifliyin qorunmasının ölkənin davamlı inkişafında rolu, bu müxtəlifliyin tərkib hissəsi olan mədəni bitkilərin və onların yabanı əcdadlarının kənd təsərrüfatı istehsalına təsiri, əhalinin ərzaq təhlükəsizliyinin və sağlamlığının təmin edilməsində əhəmiyyəti, mədəni bitkilərin və onların genetik ehtiyatlarının mühafizəsinin və səmərəli istifadəsinin qanunvericilik bazası və digər əlaqədar məsələlərə dair Azərbaycan Respublikası və xarici ölkələrin timsallarında hazırlanan materiallar konkret faktlarla izah edilərək ətraflı məlumat verildi. Görüş müzakirə xarakterli olmaqla layihəyə dair verilən məlumatlar barədə geniş fikir mübadiləsi aparılıb. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunun “Azərbaycan Respublikasına məxsus mədəni bitki brendlərinin mühafizəsi” və “Genetik modifikasiya olunan bitkilərlə davranma” maddələri haqqında maddələr iştirakçılarda xüsusilə böyük maraq doğurub. Görüşdə genetik modifikasiya olunan mədəni bitkilərin əkin sahəsinin genişlənməsi, süni yollarla bu bitkilərin yerli sortları bazardan çıxarması, turizm və iaşə xidməti obyektlərində yerli məhsullara tələbatın azaldılması və GMO məhsullara üstünlük verilməsi təəssüflə qeyd olunan və bu barədə narahatlıq ifadə olunub. Eyni zamanda kənd təsərrüfatında informasiya qıtlığının mövcudluğu, aqrar sahədə kooperasiya əlaqələrinin qurulmasında dövlət dəstəyinə ehtiyac olması vurğulanıb, GHT xətti ilə bu istiqamətdə layihələrin müntəzəm və daha əhatəli aparılması və digər məsələlərə dair təkliflər verilib.

Qurumun rəhbəri Zahid Abbasov “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsinə dəstək” layihəsi üzrə görüşlərə yekun vuraraq hazırlanan  materiallarda qeyd olunan problemlərin həllində fermerlərin və kənd təsərrüfatı işçilərinin fəal iştirakına ehtiyac olduğunu qeyd edib, bu məsələdə onları müvafiq orqanlarla əməkdaşlığa çağırıb. Müzakirələrdə səslənən təkliflər İctimai Birlik tərəfindən təhlil edilərək sistemləşdirilib və qurumun gələcək fəaliyyətində nəzərdə tutulması qərara alınıb.

 

Modern.az

     

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir