Modern.az

Abdulla Gülə qadağa qoyuldu

Abdulla Gülə qadağa qoyuldu

Aktual

25 Avqust 2012, 10:51

Türkiyə prezidenti Abdulla Gülə qulağında yaşadığı rahatsızlığa görə, həkimlər tərəfindən bir müddət telefonla danışmaq qadağan edilib.

Modern.az-ın
türk mətbuatına istinadən verdiyi məlumata görə, səhhətində yaranan problemə görə Qırğızıstan səfərini yarımçıq başa vuran Gül müalicə üçün bir müddət xəstəxanada qalmalı olacaq.

Prezidentin hazırda Hacettepe Universitetində müalicə olunduğu bildirilir. Həkimlər problemin ciddi olduğunu xəbərdar ediblər. Hazırda həkim nəzarətində olan Gülə mobil telefonla danışmağa icazə verilmir.


Anar RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər