Modern.az

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı - RƏSMİ

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı - RƏSMİ

Qarabağ

18 Fevral 2021, 13:21

Ermənistan İkinci Qarabağ Müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi “Aysor.am” saytının sorğusuna cavab olaraq 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçdiyini, daha 428 insan fraqmentinin DNT testindən keçiriləcəyini açıqlayıb.

 

Beləliklə, rəsmi Yerevanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb. Bununla belə, hakimiyyətin ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamadığı qeyd olunur.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!