Modern.az

Orxan Kərimov məhkəməyə hazırlaşır

Orxan Kərimov məhkəməyə hazırlaşır

25 Avqust 2012, 12:42

Təhsil Nazirliyinin keçmiş əməkdaşı Orxan Kərimov məhkəməyə hazırlaşır. Modern.az-a bu barədə O. Kərimovun özü məlumat verib. Onun sözlərinə görə, sentyabrın sonunda məhkəmə olmalıdır.
“Məhkəmə prosesinə hazırlaşıram. Vəkillərlə bu barədə söhbət edirik. Ümid edirəm ki, məhkəmədə heç bir problem olmayacaq və hər şey yaxşı bitəcək”.

Hələ ki, heç bir yerdə işləməyən Təhsil Nazirliyinin keçmiş əməkdaşı bildirib ki, məhkəmədən sonra iş barəsində düşünəcək. “Çünki indi əsas məhkəmədir. Məhkəmə başa çatdıqdan sonra, bu barədə düşünmək olar”.

O. Kərimov səhhəti barəsində də danışıb. Qeyd edib ki, ürəyindəki əməliyyatdan sonra səhhəti normallaşıb. “Vaxtlı-vaxtında dərmanları içirəm, buna görə də heç bir narahatlıq yoxdur”.

Qeyd edək ki, Təhsil Nazirliyinin maliyyə şöbəsinin müdir müavini Orxan Kərimov ötən il iyunun 6-da vəzifə səlahiyyətlərindən sui-istifadə  və rüşvət alma maddələri ilə ittiham olunaraq həbs edilmişdi. O. Kərimov səhhətində yaranan problemlərlə əlaqədar ölkə başçısının göstərişi ilə iyunun 21-də azadlığa buraxılıb.

Sevinc İltifatqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir