Modern.az

Bu gün də yoluxma AZALDI

Bu gün də yoluxma AZALDI

Hadisə

18 Fevral 2021, 16:36

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232636 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 227271 nəfər müalicə olunaraq sağalıb, 3190 nəfər vəfat edib, aktiv xəstə sayı 2175 nəfərdir.

Ölkədə son sutka ərzində 7216 hazırkı dövrədək isə 2528610  test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...