Modern.az

Rusiyada miqrantlar üçün yeni sədd: rus dili və Rusiya tarixindən imtahan

Rusiyada miqrantlar üçün yeni sədd: rus dili və Rusiya tarixindən imtahan

Dünya

25 Avqust 2012, 14:25

Rusiyanın miqrasiya haqqında yeni qanuna görə, bu ölkəyə gələn əcnəbilər gələn ildən etibarən rus dili və Rusiya tarixindən imtahan verəcəklər. İmtahandan keçə bilməyənlərə isə işləmək üçün icazə verilməyəcək.

  Modern.az rus KİV-nə istinadən xəbər verir ki, yeni qanuna görə, 2013-cü ilin ilk rübündə Rusiyanı baş naziri Dmitri Medvedyev yeni qanunu imzalayacaq.  

Federal Miqrasiya Xidmətinin (FMX) isə bildiriblər ki, hər il Rusiyaya 14 milyon miqrant gəlir. Bunlardan isə ən azı üçdə biri işləmək üçün gəlirsə, digərləri qanunsuz olaraq Rusiyada yaşayır.   Rusiya Federal Miqrasiya Xidməti sədrinin köməkçisi Yekaterina Yegerova bildirib ki, xarici şirkətlərdə çalışan əcnəbilər üçün rus dili imtahanı istisna ediləcək.  

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, prezident seçiləcəyi təqdirdə belə bir qanun qəbul ediləcək.  

Sevinc İltifatqızı  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir