Modern.az

Beynəlxalq konfransdan azərbaycanlı cərrahlara xüsusi dəvət

Beynəlxalq konfransdan azərbaycanlı cərrahlara xüsusi dəvət

26 Avqust 2012, 18:29

Sentyabr ayında Türkiyədə keçiriləcək Dünya Endouroloji Konfransının təçkilatçıları ölkəmizdə endourologiya sahəsində xüsusi xidmətləri olan həkimləri bu konfransa dəvət ediblər.
Dünya Endourologiya Konfransının Azərbaycan üzrə əlaqələndiricisi, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi urologiya uzmanı Dr. Rəşad Məmmədovun dediklərindən:

“2011-ci ildən ölkəmizdə laparoskopik uroloji əməliyyatları tətbiq etdikdən sonra dünyanın bu sahə üzrə mütəxəssislərinin və alimlərinin diqqəti üzərimizdədir. Öncəki konfranslarda laparoskopik uroloji əməliyyatların nəticələrini məruzə etməmiz Azərbaycanda səhiyyənin günü gündən inkişafının bir subutu idi. Təbi ki, bütün bu nailiyyətlər dünya konfransının təşkilatçılarının diqqətini bizə yönəltdi. Biz bu konfransda laparoskopik urologiyadakı nailiyyətlərimizi və ən son nəticələrimizi məruzə edəcəyik. Ümid edirəm gələcəkdə biz beynəlxalq statuslu konfransların vətənimizdə keçirilməsinə müvəffəq olacağıq.”

Xatırladak ki, Dr. Rəşad Məmmədov Azərbaycanda ilk laparoskopik nefrektomiya (qapalı yol ilə böyrək çıxarma) edən cərrahdır. Onun elmi işi beynəlxalq mükafata layiq görülüb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir