Modern.az

Süleyman Dəmirəlin vəziyyəti pisləşib

Süleyman Dəmirəlin vəziyyəti pisləşib

27 Avqust 2012, 09:04

Türkiyə Cümhuriyyətinin  9-cu prezidenti Süleyman Dəmirəl Ankara xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

Dünən gecə saatlarında vəziyyəti pisləşən Dəmirəl xəstəxanaya götürülüb. Vəziyyətini pis olduğunu görən həkimlər dərhal onu reanimasiyaya yerləşdiriblər. Türkiyə mətbuatı yazır ki, həkimlər Dəmirəlin saglamlıq durumunun yaxşı olmadığını bildiriblər.

Dəmirəl 1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub.

1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarılıb, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırılıb. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir